14 Yanvar 2025, 09:45
FUTBOL
Türkiyə Superliqasında 19-cu tur başa çatıb. Matc.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
“Göztəpə” öz meydanında “Kasımpaşa”nı darmadağın edib - 5:0. “Konyaspor”un qonağı olan “Fənərbağça” isə səfərdən 3:2 hesablı çətin qalibiyyətlə dönüb.
Qeyd edək ki, hazırda 42 xalı olan “Fənərbağça” turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Qalatasaray”dan 8 xal geri qalır. “Göztəpə” 31 xalla 4-cü, “Kasımpaşa” 21 xalla 12-ci, “Konyaspor” isə 20 xalla 15-cidi.