14 Yanvar 2025, 10:00
FUTBOL
“Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo hazırda Braziliyanın Rio-de-Janeyro şəhərindədi. Matc.az xəbər verir ki, “sambaçı” ölkəsində coşqu ilə qarşılaşıb.
Belə ki, hava limanında Juninyonu klub nümayəndələri ilə yanaşı, jurnalistlər və azarkeşlər qarşılayıb. Olavioya yeni klubu “Flamenqo”nun forması hədiyyə olunub.
28 yaşlı forvard A Seriyası təmsilçisi ilə hələ rəsmi müqavilə imzalamadığı üçün qısa açıqlama ilə kifayətlənib: “Braziliyada olduğum üçün xoşbəxtəm”.
Juninyo bu gün tibbi müayinədən keçdikdən sonra “Flamenqo” ilə rəsmi sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq.