Kolumbiya yığmasının futbolçusu Xames Rodriqes komandasını dəyişib. Matc.az xəbər verir ki, o, "Rayo Valyekano"dan ayrılaraq Meksikaya üz tutub.

Belə ki, 33 yaşlı yarımmüdafiəçi bu ölkənin "Leon" klubu ilə anlaşıb. Xames İspaniya təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verdiyi üçün yeni komandasına azad agent kimi keçib.

Qeyd edək ki, karyerası ərzində “Real” və “Bavariya” kimi klubların da formasını geyinmiş Rodriqes “Rayo Valyekano”ya cari mövsümün əvvəlində keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest