“Antalyaspor” klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Türkiyə klubu baş məşqçisi Aleks de Souza ilə əməkdaşlığa son qoyub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi Superliqanın 19-cu turunda "Trabzonspor"a 0:5 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib.

Qeyd edək ki, braziliyalı mütəxəssis keçən ilin may ayında "Antalyaspor"la 2 illik sözləşməyə qol çəkmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest