14 Yanvar 2025, 11:11
FUTBOL
27 yaşlı fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Neftçi"də ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kilan Lebonla yollar ayrılıb. 27 yaşlı fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Lebon 2023-cü ilin yanvarından "Neftçi"nin formasını geyinirdi. O, bu müddət ərzində 73 matçda 6 dəfə fərqlənib.