“Barselona”nın futbolçusu İniqo Martinez sıradan çıxıb. Matc.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ciddi zədə alıb.

O, İspaniya Superkubokunun finalında “Real”a 5:2 hesabı ilə qalib gəldikəri görüşdə ayağından zədə alıb. Təcrübəli futbolçunun bu səbəbdən 5 həftə komandasına kömək edə bilməyəcəyi qeyd olunub.

Qeyd edək ki, Martines cari mövsümdə “Barsa”nın heyətində ümumilikdə 27 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest