"Səbail"in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Səbail" Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir. 

- Komandada çatışmayan nə var?
- Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik. 

- Davam edəcəksiz? 
- Rəhbərliyə təşəkkür edirəm.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest