Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Turan Tovuz" Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə izlədik. Birinci hissədə oyunumuz alınmadı. İkinci hissədə səhvləri düzəldib, daha yaxşı təsir bağışladıq.

- Süni örtüklü meydançada oynamaq futbolçulara çətinlik yaratmadı?
- Şərtlər hamı üçün eynidir. Şikayətimiz yoxdur.

- İki xal itirdiniz, yoxsa üç xal qazandınız?
- İkinci hissəni nəzərə alsaq, iki xal itirdik.

- Sizi mülayim məşqçi kimi tanıyırıq. Bu n sanki aqressiv idiniz…
- Belə deməzdim. Aqressiv deyildim, sadəcə, istəyirdim futbolçularım daha tez oynasınlar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest