Türkiyə Superliqasında 12-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə dörd qarşılaşma keçirilib.
"Trabzonspor" səfərdə "Rizəspor"a uduzub. "Antalyaspor" "Bodrumspor"a, "Hatayspor" "Qaziantep"ə qalib gəlib. "Adana Demirspor" isə evə "Eyüpspor"a məğlub olub.
Qeyd edək ki, tura 10 noyabrda yekun vurulacaq.
Türkiyə Superliqası
XII tur
9 noyabr
"Antalyaspor" – "Bodrumspor" - 3:2
Qollar: Dikmen, 24, Qaiç, 35, Larsson, 45+2 // Fredi, 13, Puşkaş, 59 (pen)
"Hatayspor" – "Qaziantep" - 3:1
Qollar: Pedro, 12, Bamqboye, 35, Strandberq, 90+5 // Soresku, 45+2
"Adana Demirspor" – "Eyüpspor" - 0:1
Qol: Kutucu, 10
"Rizəspor" – "Trabzonspor" - 3:1
Qollar: Hadziahmetoviç, 45+10, Akintola, 71, Olavyin, 81 // Viska, 23