"Real" Militaonun ciddi zədələnməsindən sonra mövsümü başa vurduğuna görə "Əl-Nəsr"in mərkəz müdafiəçisi Aymerik Laporta marağını daha da artırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, Madrid klubu 30 yaşlı ispan futbolçunun Səudiyyə klubu ilə müqaviləsini ləğv edib, azad agent kimi "Real"a keçməsində israr edəcək.

Qeyd edək ki, bu mövsüm Laport bütün turnirlərdə 15 matçda iştirak edib və 3 qol vurub.

Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest