"Mançester Yunayted" "Yuventus"un 33 yaşlı mərkəz müdafiəçisi Danilo ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Juve Live" məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorim klubdan qışda braziliyalı futbolçu ilə müqavilə imzalamasını istəyir.

Danilonun özünün də Turin klubundan ayrılmaq ərəfəsində olduğu vurğulanır.

Qeyd edək ki, bu mövsüm müdafiəçi bütün turnirlərdə 10 matçda iştirak edib. Danilonun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalında futbolçunun dəyəri 7 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest