Britaniyanın məşhur futbol xəbər saytı "Goal.com" 21-ci əsrdə Almaniya Bundesliqasının ən yaxşı 25 futbolçusunun reytinqini tərtib edib.
Matc.az xəbər verir ki, siyahıya "Bavariya"nın sabiq hücumçusu Robert Levandovski başçılıq edir.
İkinci sırada Münhen klubunun hazırkı yarımmüdafiəçisi Tomas Müller qərarlaşıb. İlk "üçlü"yü "Bavariya"nın keçmiş vingeri Frank Riberi tamamlayır.
21-ci əsrdə Bundesliqanın ən yaxşı 10 oyunçusu:
1. Robert Levandovski ("Bavariya", "Borussiya", Dortmund);
2. Tomas Müller ("Bavariya");
3. Frank Riberi ("Bavariya");
4. Manuel Noyer ("Bavariya", "Şalke");
5. Filip Lam ("Bavariya");
6. Bastian Şvaynştayqer ("Bavariya");
7. Marko Roys ("Borussiya", Dortmund, "Borussiya", Münhenqladbax).
8. Aryen Robben ("Bavariya");
9. Mixael Ballak ("Bayer", "Bavariya");
10. David Alaba ("Bavariya", "Hoffenhaym").