"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç yubiley oyunlarını keçiriblər. Futbolçular 100-cü dəfə komandalarının formasını geyiniblər.

"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç yubiley oyunlarını keçiriblər.

Matc.az xəbər ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Futbolçular 100-cü dəfə komandalarının formasını geyiniblər. Bu, Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçirilən görüşə - "Budyo Qlimt"lə (2:1) Norveçdəki matça təsadüf edib. 

Misli Premyer Liqasının 13-cü turunda "Zirə" ilə oyundan əvvəl Bayramov və Yankoviçə "Qarabağ"ın xatirə forması və diplom təqdim olunub.

Qeyd edək ki, mükafatı "Qarabağ"ın baş direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest