“Qarabağ”ın hücumçusu Olavio Juninyonu heyətinə qata bilməyən “Sevilya”da planlar dəyişib. Matc.az xəbər verir ki, İspaniya təmsilçisi başqa forvarda diqqət göstərməyə başlayıb. “Sevilya” hazırda “Anderlext”də oynayan Luis Vaskeslə maraqlanır. İspanlar argentinalı futbolçunu sonradan satın almaq şərti ilə mövsümün sonunadək icarəyə götürməyi planlaşdırırlar.