Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi
Azərbaycan millisinin formasını geyinmiş Rizvan Umarov Rusiyada klubunu dəyişib. 23 yaşlı hücumçu "Leninqradets"lə müqavilə imzalayıb. Bu barədə Peşəkar Futbol Liqasında çıxış edən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.



























