Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. UEFA ona AVRO-2020-nin seçmə mərhələ görüşünü həvalə edib. Belə ki, Ağayev Farer adaları ilə Rumıniya arasında Torshavndakı qarşılaşmada ədalət təmsilçisi olacaq.

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Matc.az saytının məlumatına görə, UEFA ona AVRO-2020-nin seçmə mərhələ görüşünü həvalə edib.

Belə ki, Ağayev Farer adaları ilə Rumıniya arasında Torshavndakı qarşılaşmada ədalət təmsilçisi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Rəhim Həsənov icra edəcək. Hakimlərimizin işinə ingiltərəli hakim-inspektor Stefan Lodqe qiymət verəcək. UEFA nümayəndəsi isə Riçard Havrilla (Slovakiya) olacaq.

Qeyd edək ki, F qrupu çərçivəsində keçiriləcək Farer adaları - Rumıniya matçı oktyabrın 12-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest