Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti tərəfindən məlumat verilib.

Dəyişikliyə əsasən, paytaxt təmsilçisi iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək.

“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest