02 Noyabr 2026, 20:36
FUTBOL
“Qarabağ” klubunun rəsmi müraciətini, “Azersun Arena”nın Premyer Liqanın və Azərbaycan Kubokunun oyunlarını qəbul etməyə hazır olduğunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ”ın 11-ci turda “Turan Tovuz”la oyununun yerini dəyişdirib.
“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib. Matc.az xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika stadionunun qazonunda renovasiya işlərinin aparılacağını bildirib.
“Qarabağ” klubunun rəsmi müraciətini, “Azersun Arena”nın Premyer Liqanın və Azərbaycan Kubokunun oyunlarını qəbul etməyə hazır olduğunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ”ın 11-ci turda “Turan Tovuz”la oyununun yerini dəyişdirib.
Belə ki, bu komandalar arasındakı qarşılaşmanın “Azersun Arena” stadionunda keçirməsi ilə bağlı qərar qəbul edilib.












