Azərbaycan Premyer Liqasının lideri “Neftçi” mövsümün ilk 10 turunda 25 qol vuraraq XXI əsrin rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, Bakı təmsilçisinin çempionatın start mərhələsində bu qədər məhsuldar oynaması sonuncu dəfə 2000/01 mövsümündə qeydə alınmışdı.

O zaman “ağ-qaralar” ilk 10 oyunda 28 qola imza atmışdı.

Son 25 mövsümün ən yaxşı göstəricisini ortaya qoyan “Neftçi” bundan əvvəlki 24 çempionatın heç birində ilk 10 matçda orta hesabla 2,5 qol həddinə çata bilməmişdi.

Qeyd edək ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatının tarixində bu göstərici üzrə mütləq rekord da “Neftçi”yə məxsusdur. Klub 1996/97 mövsümünün startında ilk 10 qarşılaşmada 42 qol vurmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest