03 Noyabr 2026, 09:40
FUTBOL
"Nələrə qadir olduğumuzu göstərmək istəyirik, lakin belə bir rəqibə qarşı topa nəzarəti saxlamaq asan olmayacaq"
“Bu Çempionlar Liqası oyunu üçün İspaniyada olmağımızdan çox məmnunuq, xüsusilə də məşqçilər heyəti. Burada futbolun əsl ruhunu hiss etmək mümkündür. Səfərdə oynadığımız üçün bu, çox çətin sınaq olacaq”. Matc.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike deyib.
Çempionlar Liqasının liqa mərhələsinin IV turu çərçivəsində səfərdə “Vilyarreal”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşən mütəxəssis qarşılaşmanın çox çətin keçəcəyini vurğulayıb:
“Diqqətli olmalıyıq. Nələrə qadir olduğumuzu göstərmək istəyirik, lakin belə bir rəqibə qarşı topa nəzarəti saxlamaq asan olmayacaq. “Vilyarreal” çətin oyunlar seriyasından keçib, lakin baş məşqçi Peres çox müsbət yanaşması olan mütəxəssisdir. Oyuna səmimi sevgisi olan gənc məşqçiləri bəyənirəm; “Vilyarreal” onu təyin etməklə düzgün seçim edib. Onlar “Liverpul”a qarşı yaxşı oynadılar və daha yaxşı nəticəyə layiq idilər. Çətin rəqib olacaqlar. Peres komandasının topla nəzarət etməsini istəyir. Biz bacardığımızın ən yaxşısını ortaya qoymalıyıq, əks halda qələbə qazana bilmərik”.
Xatırladaq ki, parislilər cari mövsüm Çempionlar Liqasında keçirdikləri əvvəlki üç oyunda qələbə qazanıblar. Fransa təmsilçisi səfərdə “Slovan”ı 6:1, evdə “Mançester Siti”ni 4:2 və “Barselona”nı 4:2 hesabı ilə məğlub etməyi bacarıb.





_1696434000.jpg)







