Tanınmış futbolçu Kriştiano Ronaldonun oğlu Kriştianu dos Santos ilk dəfə Portuqaliya milli komandasına (U-17) çağırılıb. Matc.az xəbər verir ki, gənc hücumçu baş məşqçi Filipe Ramos tərəfindən 2027-ci il Avropa çempionatının seçmə mərhələsi üçün müəyyənləşdirilən 23 nəfərlik heyətə daxil edilib.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun gənclər komandasında çıxış edən 17 yaşlı futbolçu bundan əvvəl də ölkəsinin aşağı yaş qruplarında çıxış edib. O, Portuqaliyanın U-16 milli komandasında keçirdiyi 9 oyunda 3 qol, U-15 yığmasında isə meydana çıxdığı 4 matçda 2 dəfə fərqlənib.
Qeyd edək ki, Portuqaliya U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Andorra, noyabrın 14-də Bolqarıstan, noyabrın 17-də isə Serbiya yığması ilə qarşılaşacaq.












_1696434000.jpg)
