“Biz yenidən qələbə qazanmağa başlamalıyıq və bunu yaxşı dərk edirik”. Matc.az xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
Son dövrlərdə üzləşdikləri çətinliklərdən və futbolçuların zədə problemlərindən danışan ispaniyalı mütəxəssis ardıcıl xal itkilərindən sonra komandanın yenidən toparlanmasının vacibliyini vurğulayıb. O, hazırkı vəziyyətdən çıxış yolunun qələbələr qazanmaqdan keçdiyini bildirib: “Futbolda ardıcıl məğlubiyyətlərə uğraya bilərsiniz, lakin biz eyni zamanda ardıcıl dörd dəfə Premyer Liqa çempionu olmuş komandayıq. Əsas fərq də budur. Hazırda diqqətimizi tam olaraq nəzarətimizdə olan məsələlərə yönəltməliyik”.
Qeyd edək ki, “Mançester Siti” noyabrın 4-də UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində səfərdə “Leypsiq”lə qarşılaşacaq.













