“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik Çempionlar Liqasının liqa mərhələsində IV turunun “Roma” ilə oyunu öncəsi açıqlama verib. Matc.az xəbər verir ki,  ingiltərəli mütəxəssis komandasının son nəticələrindən sonra yaranmış təzyiqə baxmayaraq, əsas diqqətinin qarşıdakı görüşdə olduğunu bildirib.

Kerrik qeyd edib ki, futbolçular komandanın potensialına inanırlar, lakin bunu meydanda nəticəyə çevirməyin vaxtıdı: “Biz nəyə qadir olduğumuzu bilirik. İstədiyimiz səviyyəyə yaxınıq, lakin bunu tez bir zamanda meydanda göstərməliyik”.

O, “Roma” ilə qarşılaşmanı komanda üçün vəziyyəti dəyişmək baxımından yaxşı fürsət kimi qiymətləndirib.

Qeyd edək ki, “Mançester Yunayted” Çempionlar Liqasının ilk üç turunda cəmi üç xal toplayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest