Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone “Bavariya” ilə qarşılaşma ərəfəsində rəqibin hücumçusu Harri Keyn barədə danışıb. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis ingiltərəli futbolçunu “Qızıl top” mükafatına layiq görülməsi münasibətilə təbrik edib.
Simeone bildirib ki, Keyn illər keçdikcə daha da təcrübəli futbolçuya çevrilib və hazırda karyerasının ən yaxşı dövrlərindən birini yaşayır.
O, hücumçunun qol duyumunu qorumaqla yanaşı, komandasının ehtiyaclarını da yaxşı başa düşdüyünü vurğulayıb.
“Atletiko”nun çalışdırıcısı komandasının son uğurlu nəticələrindən də danışaraq, əsas məqsədin sabitliyi qorumaq olduğunu qeyd edib.
Qeyd edək ki, Madrid təmsilçisi bütün turnirlərdə keçirdiyi son doqquz oyunda məğlub olmayıb.












