“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı bərabərlik nəticəsini əldə edib. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın X turunda baş tutan oyunda baş verib. Naxçıvan təmsilçisi öz meydanında “Zirə” ilə 2:2 hesabı ilə heç-heçə edib.

Komanda Premyer Liqada keçirdiyi 157-ci oyunda bu göstəriciyə çatıb. 40 heç-heçənin 23-ü ev, 17-si isə səfər matçlarında qeydə alınıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” turnirin tarixində ən azı 40 görüşü bərabərliklə başa vuran 21-ci komandadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest