Turnirdə uğursuz gedişatını davam etdirən “qırmızı şeytanlar” IX turda da London “Çelsi”sinə 0:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Skylar Sky aksiyasını davam etdirərək yeni post paylaşıb:
“Mançester Yunayted”in azarkeşi, “OnlyFans” modeli Skylar Sky komandanın baş məşqçisi Maykl Kerrikin istefaya göndərilməsi tələbi ilə sosial şəbəkələrdə diqqətçəkən kampaniyaya başlayıb. Matc.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, model İngiltərə Premyer Liqasının VIII turunda keçirilən və “Mançester Yunayted”in “Bornmut”a 0:3 hesabı ilə məğlub olduğu oyundan əvvəl qeyri-adi vəd verib.
O, klub rəhbərliyi Kerriklə müqaviləyə xitam verənə qədər hər gün döşlərinin şəkillərini paylaşacağını bildirib:
“1-ci gün. Maykl Kerrik “Mançester Yunayted”dən qovulana qədər hər gün döşlərimi göstərəcəyəm”.
Həmin vaxtdan etibarən model “Mançester Yunayted” formasından istifadə edərək yarıçılpaq fotolarını paylaşıb və şəkillərə “Kerrik – getməlidir... Yoxsa Kerrik – qalır?!” sözlərini əlavə edib.
Turnirdə uğursuz gedişatını davam etdirən “qırmızı şeytanlar” IX turda da London “Çelsi”sinə 0:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Skylar Sky aksiyasını davam etdirərək yeni post paylaşıb:
“6-cı gün: Maykl Kerrik qovulana qədər hər gün döşlərimin şəkillərini paylaşıram”.
Qeyd edək ki, “Çelsi” ilə qarşılaşmadan sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pilləyə geriləyib. Mançester təmsilçisi keçirdiyi 9 oyunda cəmi 7 xal toplaya bilib.













