16 İyul 2024, 20:16
FUTBOL
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi iyulun 24-nə planlaşdırılan “MLS All-Star” oyununu buraxmaq riski ilə üzləşib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “USA Today” paylaşıb.
Buna səbəb, Messinin Amerika Kubokunun finalında Kolumbiya ilə oyunun 66-cı dəqiqəsində aldığı zədənin sağalma ehtimalının az olmasıdır.
Xatırladaq ki, Amerika Kuboku uğrunda final qarşılaşmasında Argentina ikinci əlavə hissədə Lautaro Martinezin yeganə qolu sayəsində Kolumbiyanı məğlub edib.