17 İyul 2024, 10:36
FUTBOL
Təlim-məşq toplanışını Türkiyənin Erzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” iyulun 21-də və 24-də növbəti yoxlama oyunlarını keçirəcək. Matc.az xəbər verir ki, komanda əvvəlcə Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq.
Növbəti rəqib isə Özbəkistan “Soqdiana”sı olacaq.
Qeyd edək ki, “qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 gün istirahət etdikdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.