17 İyul 2024, 12:02
FUTBOL
İngiltərə millisinin baş məşqçi postuna namizədlər bəlli olub. Matc.az xəbər verir ki, hazırda 5 nəfər bu posta namizəddi.
Bunlar “Çelsi”nin sabiq çalışdırıcısı Qrem Potter, “Nyukasl”ın baş məşqçisi Eddi Hau, İngiltərənin U-21 millisinə rəhbərlik edən Li Karsli, almaniyalı Tomas Tuxel və argentinalı Mauritsio Poçettinodu.
Qeyd edək ki, Qaret Sautqeyt iyulun 16-da İngiltərə yığmasının baş məşqçi postundan istefa verib.