17 İyul 2024, 12:37
FUTBOL
Biletlərin qiymətləri sektorlardan asılı olaraq 5, 10 və 25 manat aralığında dəyişir.
"Sumqayıt" klubunun Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"a qarşı keçirəcəyi oyuna bilet satışı davam edir. Matc.az xəbər verir ki, artıq qarşılaşmaya 2200 bilet satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiymətləri sektorlardan asılı olaraq 5, 10 və 25 manat aralığında dəyişir.
Qeyd edək ki, “Sumqayıt”ın “Fehervar"la ilk oyunu iyulun 25-də Sumqayıtda, cavab matçı isə 31-də Macarıstanda baş tutacaq.