"İnter Mayami"nin futbolçusu Lionel Messi komandasının ən azı iki oyununu buraxacaq. Matc.az xəbər verir ki, buna səbəb təcrübəli hücumçunun topuq bağındakı zədədi.

Bu barədə klubun baş məşqçisi Xerardo Martino məlumat verib.

Messi Amerika Kubokunun Kolumbiya ilə finalında (1:0) zədələnib. O, bu səbəbdən 66-cı dəqiqəsində əvəzlənib.

Martino bildirib ki, Messinin zədəsinin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirmək üçün tibbi müayinələr və testlər keçiriləcək. Bununla belə, onun ən azı iki oyunda iştirak etməyəcəyi dəqiqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest