17 İyul 2024, 16:19
FUTBOL
“Real Sosyedad”ın yarımmüdafiəçisi Mikel Merino karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Matc.az xəbər verir ki, futbolçu “Arsenal”ın maraq dairəsinə düşüb.
“Topçular” yay transfer hədəfi kimi 28 yaşlı oyunçuya göz dikib. Paytaxt təmsilçisi Merino uğrunda “Aston Villa” ilə rəqabət aparmalıdı. Birmingem təmsilçisi yaxın vaxtlarda “Real Sosyedad”a transfer təklifi göndərməyi planlaşdırır.
Qeyd edək ki, Mikel Merino 2018-ci ildən “Real Sosyedad”da çıxış edir. Bu müddət ərzində o, 158 oyun keçirib, 15 qol vurub.