17 İyul 2024, 20:29
FUTBOL
“Barselona” gənc ulduzu Lamin Yamalın gələn mövsüm hansı nömrə ilə çıxış edəcəyini açıqlayıb. 17 yaşlı vinger 2024/25 mövsümündə 19 nömrəli formanı geyinəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Bu rəqəmin Kataloniya klubunun tarixində bir anlamı var. Bir vaxtlar məhz bu nömrə altında əfsanəvi Lionel Messi “Barselona”da karyerasına başlamışdı.
Qeyd edək ki, 17 yaşlı cinah oyunçusu ötən mövsüm 27 nömrəli forma ilə çıxış edib.