Sloveniyada təlim-məşq toplanışı keçən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, Bakı təmsilçisi Ukrayna “Rux”u ilə üz-üzə gəlib. 

“Sports park Radomlyedə keçirilən matç “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Sabah” daha əvvəl keçirdiyi yoxlama görüşlərində “Koper”ə (Sloveniya) 1:0 hesabı ilə qalib gəlib, Serbiya “Çukariçki”si (0:0) və Ukrayna “Krivbas”ı (2:2) ilə isə heç-heçə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest