18 İyul 2024, 00:52
FUTBOL
“Yuventus” 20 yaşlı yarımmüdafiəçi Fabio Miretti ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, futbolçu ilə yeni müqavilə 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
Fabio Miretti “Yuventus”un yetirməsidir. O, 2011-ci ildən Turin klubundadır. Yarımmüdafiəçi 2021/2022 mövsümündə əsas komandada debüt edib. Ötən mövsüm Miretti “Yuventus”un heyətində bütün yarışlarda 28 oyun keçirib, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi mütəmadi olaraq İtaliyanın gənclər yığmasına çağırılır. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.