18 İyul 2024, 09:38
FUTBOL
Növbəti UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Çempionlar Liqası və Konfrans Liqasında keçirilən oyunlardan sonra Azərbaycan mövqeyini qoruyub.
Ölkəmiz 17.000 əmsalla 25-ci pillədə qalıb. Cari mövsümdəki qazanc isə hələlik 0.250 xaldır. Azərbaycan hazırda 23-24-cü yerlərdə qərar tutan Slovakiya və Macarıstandan yalnız 0.375 xal geri qalır.
Baş tutan matçlar bəzi dəyişikliklərə də səbəb olub. Slovakiya, Latviya, Litva, Gürcüstan və Belarus irəliləyib, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Lixtenşteyn, Uels və Cəbəllütariq geriləyib.
UEFA reytinqinə 89.160 xalla İngiltərə başçılıq edir.