“Qarabağ”ı yaxşı tanıyırıq. Ötən mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində bu komandaya qarşı oynamışıq”. Bunu Cəbəllütariqin “Linkoln” klubunun müdafiəçisi Cek Serjent deyib.
“Qarabağ”ı yaxşı tanıyırıq. Ötən mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində bu komandaya qarşı oynamışıq”. Matc.az xəbər verir ki, bunu Cəbəllütariqin “Linkoln” klubunun müdafiəçisi Cek Serjent deyib.
Cəbəllütariq millisinin futbolçusu Azərbaycan çempionundan çəkinmədiklərini bildirib: “Qarabağ” Avropada uğurlu nəticələr qazanan böyük klubdu. Ancaq futbol 90 dəqiqə meydanda oynanılır. Biz bu komanda önünə qələbə üçün çıxacağıq. Ən yaxşı nəticəyə ümid edəcəyik”.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında oyunlar iyulun 23-də və 30-da keçiriləcək.