“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb. Qapıçı Şahrudin Məhəmmədəliyev heyətə cəlb edilib. 30 yaşlı qapıçı ağdamlılarla 1 illik müqavilə imzalayıb.

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədəliyev heyətə cəlb edilib.

30 yaşlı qapıçı ağdamlılarla 1 illik müqavilə imzalayıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən qolkiper gələn ilin yayına qədər ölkə çempionunda çıxış edəcək.

Məhəmmədəliyev 2016-2023-cü illərdə də “Qarabağ”ın formasını geyinib. O, ötən ilin yayında “Adana Dəmirspor”a məhz “Qarabağ”dan keçmişdi. Şahrudin “Qarabağ”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı Azərbaycan millisində 29 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest