18 İyul 2024, 13:07
FUTBOL
Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar” - “Sumqayıt”ın oyununun hakimləri açıqlanıb. UEFA Macarıstandakı görüşü isveçli referilərə tapşırıb.
Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar” - “Sumqayıt”ın oyununun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, UEFA Macarıstandakı görüşü isveçli referilərə tapşırıb.
İyulun 31-də “Şoşto Arena”da baş tutacaq qarşılaşmanı Kristoffer Karlsson idarə edəcək. Ona Mikael Hallin və Markus Lundqren Klitte köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 25-də Sumqayıtda olacaq.