18 İyul 2024, 13:39
FUTBOL
“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə cavab oyununun hakimləri müəyyənləşib. UEFA Bakıdakı görüşə Slovakiyalı hakimləri göndərəcək.
“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə cavab oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Bakıdakı görüşə Slovakiyalı hakimləri göndərəcək.
Avqustun 1-də təşkil olunacaq matçda ədaləti Peter Kraloviç təmin edəcək. Ona Tomaş Straka və Matej Zemko köməklik göstərəcək. Boris Marhefka isə ehtiyat hakim kimi iş başında olacaq.
Qeyd edək ki, “Sabah”ın İsrail klubu ilə ev matçı saat 20:00-da başlayacaq.