18 İyul 2024, 15:23
FUTBOL
Təcrübəli futbolçu Tural Rzayevin sözləşməsinin müddəti uzadılıb.
Yeni mövsüm üçün heyətini komplektləşdirməklə məşğul olan "Kəpəz" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təcrübəli futbolçu Tural Rzayevin sözləşməsinin müddəti uzadılıb. Yarımmüdafiəçi ilə komanda arasında "1+1" illik sazişə qol çəkilib.
Qeyd edək ki, "Kəpəz" bunadək Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovla əməkdaşlığı davam etdirməyi lazım bilib.