18 İyul 2024, 16:06
FUTBOL
"Real" rəhbərliyi komandanın futbolçusu Lukas Vaskeslə əməkdaşlığı davam etdirməyə qərar verib. Matc.az xəbər verir ki, təcrübəli oyunçu ilə yeni müqavilə imzalanıb.
Razılaşmaya əsasən, 32 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayınadək “Real”ın formasını geyinəcək. Vaskesin əvvəlki sözləşməsinin müddəti bu ilin yayınadək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Lukas 2007-ci ildən “Real”ın formasını geyinir.