18 İyul 2024, 17:10
FUTBOL
"Atletiko" klubu "Milan"a keçən Alvaro Moratanın yerini doldurmaq üçün bəzi namizədləri gözdən keçirir. Matc.az xəbər verir ki, Madrid təmsilçisi üçün namizədlər arasında prioritet sayılan da var.
Söhbət 2023/2024 mövsümündə La Liqanın bombardiri olmuş "Jirona"nın hücumçusu Artyom Dovbikdən gedir. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone rəhbərliklə söhbətində ukraynalı forvarı sərəncamında görmək istədiyini bildirib.
“Jirona” da bu keçidin baş tutmasına qarşı deyil. Sadəcə, bunun üçün “Atletiko” rəhbərliyi 40 milyon avro xərcləməlidi.
Qeyd edək ki, Dovbikin hazırkı komandası ilə 2028-ci ilin yayınadək müqaviləsi var.