AVRO-2024-dəki uğurlu çıxışından sonra İspaniya millisinin futbolçusu Lamin Yamalın transfer qiyməti artıb. Matc.az xəbər verir ki, “Barselona”nın 17 yaşlı oyunçusunun qiyməti 120 milyon avroya yüksəlib.

Qitə birinciliyinədək ispan yarımmüdafiəçinin qiyməti 90 milyon avro olaraq dəyərləndirilirdi. AVRO-2024-dən sonra isə onun transfer qiymətində 30 milyonluq artım olub.

Qeyd edək ki, Yamal İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest