18 İyul 2024, 18:03
FUTBOL
Məşhur fransalı sabiq futbolçu Patrik Vieyra “Strasburq”un baş məşqçisi postunu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, tərəflər qarşılıqlı razılaşma əsasında ayrılıq qərarı veriblər.
Qeyd edək ki, Vieyranın rəhbərliyi altında 2023/24 mövsümündə “Strasburq” Liqa 1-də 39 xal toplayıb və turnir cədvəlini 13-cü yerdə başa vurub.