“Borussiya” klubu “Ştutqart”ın forvardı Seru Qirassini heyətinə qatıb.

Matc.az xəbər veri ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Dortmund klubu 28 yaşlı qvineyalı üçün təxminən 18 milyon avro ödəməli olub və o, yeni komanda ilə bir neçə titul qazanacağına əmin olduğunu deyərək 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Qirassi ötən mövsüm Bundesliqada ikinci bombardir olub. O, 28 oyunda 28 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest