18 İyul 2024, 19:17
FUTBOL
Yeni mövsümə hazırlıqların ikinci mərhələsini Türkiyədə davam etdirən “Turan Tovuz” toplanış çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, Kurban Berdıyevin komandası son mövsümü Türkiyə Superliqasında keçirən “Pendikspor”la qarşılaşıb. Qarşılaşmada hesab açılmayıb - 0:0.
Qeyd edək ki, “Turan Tovuz” iyulun 22-də Superliqa təmsilçisi “Adana Dəmirspor”la, iyulun 25-də isə Türkiyə I Liqa təmsilçisi “Kocaelispor”la üz-üzə gələcək.