18 İyul 2024, 19:49
FUTBOL
Türkiyə Futbol Federasiyasında (TFF) yeni prezident seçkiləri keçirilib.
Matc.az xəbər verir ki, İbrahim Hacıosmanoğlu 134 səs toplayaraq TFF-nin yeni prezidenti seçilib.
Onun rəqibi və eyni zamanda sələfi olan Mehmet Büyükekşi isə 129 səs toplayıb.
Qeyd edək ki, bundan öncəki prezident Büyükekşi 2022-ci ildən bu vəzifəni icra edirdi.