Əfsanəvi futbolçu Zlatan İbrahimoviçin oğlu olan Maksimilian İbrahimoviç karyerasında ən vacib addımı atıb.

Matc.az xəbər verir ki, bu gün 17 yaşlı yarımmüdafiəçi “Milan”la ilk rəsmi peşəkar müqaviləsini imzalayıb. Gənc isveçlinin klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

İlkin olaraq İbrahimoviç yeni mövsümdə C Seriyasında mübarizə aparacaq “Milan Futuro”da çıxış edəcək.

Qeyd edək ki, Maksimilian İbrahimoviç 2022-ci ildə “Milan” akademiyasında məşqlərə başlayıb. O, ötən mövsüm “Milan” U-18-in heyətində 29 oyunda 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest