18 İyul 2024, 21:04
FUTBOL
İsrail Qəzzada gedən döyüşlər zamanı Beynəlxalq Futbol Federasiyasının (FİFA) qaydalarını pozduğuna görə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırıla bilər.
Matc.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi beynəlxalq hüquq və insan hüquqları üzrə ixtisaslaşmış hüquqşünasların apardığı müstəqil hüquqi təhlilə əsaslanaraq məlumat yayıb.
Bildirilir ki, Fələstin Futbol Assosiasiyası (PFA) may ayında İsraili diskvalifikasiya etmək üçün FİFA-ya müraciət edib. Öz növbəsində FİFA buna təcili hüquqi qiymət verilməsini tapşırıb və bu məsələyə şuranın iyulda keçiriləcək növbədənkənar iclasında baxılacağını vəd edib.
İsrailə qarşı şikayətə Asiya Futbol Konfederasiyasının da dəstək verdiyi vurğulanır.